SON DƏQİQƏ

naxcivanxeberleri.com

AFFA azarkeşlərin meydana daxil olmasına görə komanda və stadiona bir oyunluq cəza verib

AFFA azarkeşlərin meydana daxil olmasına görə komanda və stadiona bir oyunluq cəza verib
22-10-2019, 17:00

AFFA İntizam Komitəsi U-17 liqasında keçirilmiş “Xəzər Lənkəran” – “Kəpəz” matçında baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, meydan sahiblərindən Xanoğlan İsmayılov, Gəncə təmsilçisindən isə Cavid Qurbanov 90+4-cü dəqiqədə aqressiv davranışları səbəbindən birbaşa qırmızı vərəqə alıb. Qurum hər iki oyunçuya 4 oyunluq cəza verib.

“Xəzər Lənkəran” azarkeşləri meydana daxil olduqlarına görə kluba 1 ev oyununu azarkeşsiz keçirilməsi qadağası qoyulub.

Qeyd edək ki, qarşılaşma "Kəpəz"in 2:1 hesablı qələbəsi ilə bitib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930