SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda qardaş ölkənin universitet futbol komandası ilə yoldaşlıq görüşü keçirilib

Naxçıvanda qardaş ölkənin universitet futbol komandası ilə yoldaşlıq görüşü keçirilib
22-10-2019, 16:30

Naxçıvan Dövlət Universiteti ilə Qars Qafqaz Universitetinin futbol komandası arasında yoldaşlıq matçı keçirilib. Naxçıvan Muxtar Respublikasının 95 illiyi münasibətilə keçirilən matç Türkiyənin Qars Qafqaz Universitetində baş tutub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, hər iki ölkənin Dövlət Himnlərinin səsləndirilməsindən sonra yarışa start verilib. Azərbaycanın Qars şəhərindəki Baş konsulu Nuru Quliyev, Qars Qafqaz Universitetinin rektoru, professor Hüsnü Kapı, Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Rafiq Rəhimov universitetin müəllim, tələbə kollektivi ilə birgə Abamüslüm Güvən adına stadionunda baş tutan yarışı izləyib. Gərgin mübarizə şəraitində keçən yoldaşlıq görüşü ev sahibinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyundan sonra Azərbaycanın Qars şəhərindəki Baş konsulu Nuru Quliyev başda olmaqla ümummilli liderimizin Qars şəhərində əzəmətlə ucalan büstü ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Universitetin qonaq evində təşkil edilən süfrə arxasında hər iki ölkənin nümayəndələri bir-birlərinə hədiyyələr təqdim edib. Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Rafiq Rəhimov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsindən və il boyu bu münasibətlə keçirilən tədbirlərdən danışıb. Prorektor hər iki ölkə arasındakı qardaşlıq münasibətlərinə toxunub.
Qars Qafqaz Universitetinin rektoru, professor Hüsnü Kapı vurğulayıb ki, Naxçıvanın Türkiyə üçün hər zaman önəmli bir yeri olub. Naxçıvanın böyük tarixi olduğunu dilə - gətirən rektor qeyd edib ki, Türkiyənin ulu öndəri Mustafa Kamal Atatürk Naxçıvanı türk dünyasının qapısı adlandırıb. Rektor yaradılmasının 95 illik yubileyi münasibətilə bütün naxçıvanlıları təbrik edib.


Naxçıvanda qardaş ölkənin universitet futbol komandası ilə yoldaşlıq görüşü keçirilib Naxçıvanda qardaş ölkənin universitet futbol komandası ilə yoldaşlıq görüşü keçirilib

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930