SON DƏQİQƏ

naxcivanxeberleri.com

İlin ən yaxşı gənc futbolçusu adına namizədlər bəlli olub

İlin ən yaxşı gənc futbolçusu adına namizədlər bəlli olub
22-10-2019, 13:39

Fransanın “France Football” nəşri ilin ən yaxşı gənc futbolçusu adına namizədləri elan edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, siyahıda ingiltərəli Ceydon Sanço (“Borussiya” Dortmund, Almaniya), almaniyalı Kay Haverts (“Bayer” Leverkuzen, Almaniya), nigeriyalı Samuel Çukvueze (“Vilyarreal”, İspaniya), hollandiyalı Matteys de Liqt (“Yuventus”, İtaliya), fransalı Matteo Genduzi (“Arsenal”, Almaniya), portuqaliyalı Joau Feliş (“Atletiko” Madrid, İspaniya), cənubi koreyalı Li Kan İn (“Valensiya”, İspaniya), italiyalı Moyze Kin (“Everton”, İngiltərə), ukraynalı Andrey Lunin (“Valyadolid”, İspaniya) və braziliyalı Vinisius Junior (“Real Madrid”, İspaniya) yer alıblar.

Ən yaxşı qadın futbolçu adına isə amerikalılar - Meqano Rapino, Rouz Lavell, Tobin Hit, hollandiyalılar - Like Martens, Sari Van Venendal, isveçlilər - Kosovare Asllani, Sofiya Yakobsson, fransalı Vendi Renar, braziliyalı Marta və norveçli Ada Hergerberq iddia edirlər.

Qeyd edək ki, mükafatın təqdimetmə mərasimi dekabrın 2-də Parisdə olacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930