SON DƏQİQƏ

naxcivanxeberleri.com

Səbinə Əzimova Avropa birinciliyində bürünc medal qazandı

Səbinə Əzimova Avropa birinciliyində bürünc medal qazandı
20-10-2019, 18:40

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir.

Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulurlar.

Bu gün onlardan daha biri - Səbinə Əzimova körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan atletlərin 55 kq çəki dərəcəsində qüvvəsini sınayıb. İdmançımız birdən qaldırma hərəkətində 80 kq nəticə ilə 5-ci olub.

Səbinə təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 105 kq nəticə ilə bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.

Yeniyetmələr arasında Avropa birinciliyinin üç qat qalibi olan Əzimova, ötən il Polşanın Zamots şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 100 kq nəticə ilə təkanla qaldırma hərəkətində gümüş medal qazanmışdı. Bu gün əldə edilən medal gənc ağır atletimizin son bir ildə ikinci medalı oldu.

Toplam 185 kq (80+105) nəticə ilə Səbinə Əzimova yekun sıralamada 4-cü yeri tutub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930