SON DƏQİQƏ

naxcivanxeberleri.com

UEFA "Qarabağ"ın Avropa Liqasındakı oyunlarında baş verənlərlə bağlı qərarlarını təxirə salıb

UEFA "Qarabağ"ın Avropa Liqasındakı oyunlarında baş verənlərlə bağlı qərarlarını təxirə salıb
18-10-2019, 12:00

UEFA İntizam Komitəsi "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki ilk tur qarşılaşmasında baş verənlərlə bağlı qərarı gələn həftəyə təxirə salıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə qitə futbol qurumundan un sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, sentyabrın 19-da İspaniya "Sevilya"sı ilə matçda yaşananlarla əlaqədar məsələyə ötən gün baxılıb. Lakin qərar, böyük ehtimalla, gələn həftə açıqlanacaq.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada azarkeşlər meydana kənar əşyalar atıblar. Bu, Andalusiya təmsilçisinin futbolçusu Çiçaritonun 62-ci dəqiqədə hesabı açmasından sonra baş verib.

Oktyabrın 3-də Lüksemburqda "Düdelanj"la qarşılaşmada törədilmiş erməni təxribatına gəldikdə, UEFA hələlik hər hansı açıqlamasının olmadığını bildirib. Bu matçda isə "Qarabağ"ın vurduğu ikinci qoldan sonra "Jozi Bartel" stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Nəticədə oyunda fasilə yaranıb və matç 24 dəqiqədən sonra davam etdirilib.

Qeyd edək ki, "Sevilya"ya 0:3 hesabı ilə uduzan "Qarabağ" "Düdelanj"ı məğlubiyyətə uğradıb - 4:1. UEFA hər iki matçda yaşanan insidentlərə oktyabrın 17-də baxacağını açıqlamışdı.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031