SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada beynəlxalq turnirdə bu gün son turun oyunları oynanılacaq

Muxtar respublikada beynəlxalq turnirdə bu gün son turun oyunları oynanılacaq
18-10-2019, 10:00

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən 13-14 yaşlı futbolçular arasında “Naxçıvan kuboku – 95” beynəlxalq turnirində növbəti tura yekun vurulub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Üçüncü turda “Qarabağ” üzərində inamlı qələbə qazanan Özbəkistan Respublikasının “Əndican” komandası bu turda yerli “Araz-Naxçıvan”ı sınağa çəkib. Gərgin keçən görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb – 0:1. Bu qələbədən sonra aktivindəki xalların sayını 12-yə yüksəldən “Əndican” komandası ilk dəfə təşkil olunan “Naxçıvan kuboku – 95” beynəlxalq turnirində vaxtından əvvəl çempionluğunu qeyd edib. Günün ikinci yarısında isə azarkeşlər daha bir maraqlı oyuna şahid olublar. Belə ki, geridə qalan son 3 turu məğlubiyyətlə başa vuran “Rekord” komandası 4-cü turda “Qarabağ”la qarşılaşıb.
Görüşdə hesabı açan tərəf “Qarabağ” olsa da, ikinci hissədə ardıcıl iki qol “Rekord” komandasına qələbə qazandırıb – 2:1. Son turdan sonra “Əndican” komandası maksimum xalla (12 xal) turnir cədvəlinə başçılıq edir. Digər 4 komandanın isə aktivində 3 xal var. Bu gün Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək iki qarşılaşma turnirin digər mükafatçılarını müəyyənləşdirəcək. Öncə saat 1300-da meydana “Qaraqalpaqıstan” (Özbəkistan) və “Rekord” komandaları çıxacaq. Ardınca saat 1500-da “Araz-Naxçıvan” və “Qarabağ” komandaları qalibi müəyyənləşdirmək üçün mübarizə aparacaq. Qeyd edək ki, bu görüşlərdən sonra təltifetmə mərasimi təşkil olunacaq

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930