SON DƏQİQƏ

naxcivanxeberleri.com

Karate-do idman növü üzrə Culfa Rayon açıq çempionatı keçirilib

Karate-do idman növü üzrə Culfa Rayon açıq çempionatı keçirilib
17-10-2019, 20:20

Culfa şəhər 3 №-li tam orta məktəbin idman zalında Culfa Rayon Gənclər və İdman İdarəsinin və Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə “18 oktyabr- Milli Müstəqillik Günü”nə həsr edilmiş oğlan və qız yeniyetmə idmançılar arasında karate-do idman növü üzrə Culfa Rayon açıq çempionatı keçirilmişdir.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, yarış əsasnaməyə uyğun olaraq WKF qaydaları üzrə 6-15 yaş arası uşaq və yeniyetmə idmançılar arasında 20 çəki dərəcəsində keçirilmişdir. Bu çempionatda Culfa rayon komandası ilə yanaşı Naxçıvan şəhər, Şərur, Sədərək, Babək Şahbuz və Ordubad rayonlarından da daxil olmaqla 130-dan çox idmançı iştirak etmişdir. Yarışa başlamazdan öncə Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İmanov yarışı açıq elan edərək keçirilən yarışın mahiyətindən, idmana göstərilən diqqət və qayğıdan və idmanın bu növündə əldə edilmiş nailiyyətlərdən yarış iştirakçılarına ətraflı məlumat verərək idmançılara uğurlar arzu etmişdir.Yekunda yer tutan idmançılar təşkilatçılar tərəfindən diplomlarla təltif edilmişlər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930