SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhər tam orta məktəblərinin oğlan komandaları arasında basketbol birinciliyi keçirilib

Naxçıvan şəhər tam orta məktəblərinin oğlan komandaları arasında basketbol birinciliyi keçirilib
17-10-2019, 19:48

17 oktyabr 2019-cu il tarixdə V.Zeynalov adına 3 №-li tam orta məktəbin idman zalında “18 oktyabr-Dövlət Müstəqilliyi Günü” münasibətilə Naxçıvan şəhər tam orta məktəblərinin oğlan komandaları arasında basketbol birinciliyi keçirilmişdir.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, birinciliyin açılış mərasimində çıxış edənlər yarışın keçirilmə məqsədi və qaydaları haqqında komandalara məlumat vermiş və onlara uğurlar arzulamışlar. Naxçıvan Şəhər Təhsil Şöbəsi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 17 komanda iştirak etmişdir. Beynəlxalq Basketbol Federasiyasının mövcud qaydalarına əsasən, Olimpiya sistemi (uduzan çıxır) üzrə keçirilən yarışın yekununa əsasən 10 №-li tam orta məktəbin komandası bütün rəqiblərinə qalib gələrək I yerə, 13 №-li tam orta məktəbin komandası II yerə, 3 və 7 №-li tam orta məktəblərin komandaları isə III yerlərə layiq görülmüşlər. Sonda qaliblərə təşkilatçıların diplomları təqdim edilmişdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930