SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan millisi seçmə mərhələdəki ilk matçını 9 oyunçu ilə tamamlayıb və 6 qol buraxıb

Azərbaycan millisi seçmə mərhələdəki ilk matçını 9 oyunçu ilə tamamlayıb və 6 qol buraxıb
17-10-2019, 18:34

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi 2020-ci il Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Zamir Həsənovun baş məşqçisi olduğu komanda sloveniyalı həmyaşıdları ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan yığmasının 0:6 hesablı məğlubiyyəti ilə bitib.

Sloveniyanın heyətində ilk 3 qolu Manka Suhoversnik vurub. Hücumçu 13,19 və 20-ci dəqiqələrdə fərqlənib. 78-ci dəqiqədə Nina Kajzba penaltini dəqiq yerinə yetirib. 86-cı dəqiqədə Selma Sabotiç fərqi 5 topa çatdırıb. 89-cu dəqiqədə isə Nina Mele son nöqtəni qoyub.

Azərbaycan yığmasının heyətində Milana Rəhimova 44-cü, Aysun Muradova isə 45+4-cü dəqiqədə qırmızı vərəqə alıb. Sloveniyada isə Selma Sabotiç 45+2-ci dəqiqədə penaltidən yararlana bilməyib.

Qeyd edək ki, U-17 oktyabrın 20-də Norveçlə, oktyabrın 23-də isə meydan sahibi Farer adaları ilə qarşılaşacaq. V qrupun oyunları Torshavn şəhərində keçirilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930