SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Mançester Yunayted" 6 futbolçu transfer etmək istəyir

17-10-2019, 17:09

İngiltərə "Mançester Yunayted"i növbəti iki transfer pəncərəsi planları barədə qərar verib.

NAXCİVANXEBERLERİ.COM-un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, "qırmızı şeytanlar" iki hücumçu, eyni sayda mərkəz yarımmüdafiəçisi, eyni zamanda mərkəz və sol cinah müdafiəçisi ilə birlikdə 6 oyunçu almaq istəyir.

Hücumçu ampluasına İtaliya "Yuventus"undan Mario Mancukiç və Fransa "Lion"undan Mussa Dembele, yarımmüdafiəçi mövqeyinə isə İspaniya "Atletiko"sundan Saul Nyiges və "Lester"dən Ceyms Meddison əsas namizəddir. Müdafiə möqveyindəki oyunçuların kimliyi isə açıqlanmayıb. Bildirilir ki, bu transferlər həm qış, həm də yay transfer pəncərəsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, "Mançester Yunayted" hazırda Premyer Liqada 9 xalla 12-ci pillədə qərarlaşıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031