SON DƏQİQƏ

naxcivanxeberleri.com

İngiltərəli futbolçu qol vurduqdan sonra pivə içib

İngiltərəli futbolçu qol vurduqdan sonra pivə içib
17-10-2019, 17:19

Hollandiyanın səviyyəcə ikinci liqasında "Almere Siti" və "Qoy Ehed İqls" komandaları arasında keçirilmiş X tur matçında qeyri-adi qol sevinci nümayiş etdirilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, "Almere Siti"nin futbolçusu Şeyon Harrison 68-ci dəqiqədə vurduğu qoldan sonra azarkeşlərə tərəf qaçıb.

Fanatlardan biri 22 yaşlı hücumçuya içində pivə olan plastik stəkan atıb. Harrison isə buna maraqlı reaksiya verib. İngiltərəli oyunçu qabı tutmağı bacarıb və içindəki pivəni içib. Daha sonra isə o, boş stəkanı kənara atıb.

Qeyd edək ki, qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930