SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yüngül atletika üzrə Şahbuz rayon birinciliyi keçirilib

Yüngül atletika üzrə Şahbuz  rayon birinciliyi keçirilib
16-10-2019, 22:46

Şahbuz Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Gənclər Birliyinin və Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası Şahbuz Rayon Bölməsinin birgə təşkilatçılığı “18 oktyabr-Milli Müstəqillik Günü” ilə əlaqədar ümumtəhsil məktəblərinin oğlan atletləri arasında yüngül atletika üzrə rayon birinciliyi keçirilmişdir.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, birincilikdə atletlər 100, 200, 400, 800 və 1500 metr məsafəYə qaçışda qüvvələrini sınamışlar. Yarış başlamazdan əvvəl Gənclər və İdman İdarəsinin rəisi İdris Qəhrəmanov, Təhsil Şöbəsinin əməkdaşı Fikrət Cəfərov çıxış edərək bildirmişlər ki, yarışın keçirilməsində məqsəd Yüngül atletika idman növünü inkişaf etdirmək, onun kütləviliyinə nail olmaq və rayon yığma komandasına yeni üzvlərin seçilməsidir. Yarışda 60-dan yuxarı atlet iştirak etmişdir. Yarışın sonunda 100 metr məsafəyə qaçışda Şahbuz şəhər 2 №-li tam orta məktəbin şagirdi Qafarlı Nurlan, 200 metr məsafəyə qaçışda Kolanı kənd tam orta məktəbin şagirdi Nəcəfli Rza, 400 metr məsafəyə qaçışda Şahbuz şəhər 1 №-li tam orta məktəbin şagirdi Musayev Turqay, 800 metr məsafəyə qaçışda Yuxarı Qışlaq kənd tam orta məktəbin şagirdi Səfərli Fərid, 1500 metr məsafəyə qaçışda Yuxarı Qışlaq kənd tam orta məktəbinin şagirdi Kərimli Hüseyn rəqiblərini üstələyərək yarışın qalibi olmuşlar. Qalib atletlərə təşkilatçıların diplomları təqdim olunmuşdur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31