SON DƏQİQƏ

naxcivanxeberleri.com

Poliatlon çoxnövçülüyü üzrə Naxçıvan Muxtar Respublika çempionatı keçirilib

Poliatlon çoxnövçülüyü üzrə Naxçıvan Muxtar Respublika çempionatı keçirilib
15-10-2019, 21:49

15 oktyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə Naxçıvan Muxtar Respublika çempionatı keçirilmişdir.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, çempionatın keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının bədən tərbiyəsi və idman kollektivlərində, şəhər və rayonlarında “VMH” poliatlon çoxnövçülüyünün yeniyetmə və gənclər arasında təbliğ edilməsi, çağırış yaşlı və çağırışa qədər yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi, gənclərin orduda xidmət etməsi üçün fiziki hazırlıq səviyyəsinin yüksədilməsi olmuşdur. Yarış Poliatlon beş növçülük proqramı üzrə 100 metr məsafəyə qaçış, pnevmatik tüfəngdən atıcılıq, qumbara atmaq, turnikdə dartınmaq və 2000 metr məsafəyə kross qaçışı üzrə keçirilmişdir. Yarışda 8 komandada 40 məktəbli iştirak etmişdir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən hamiliyə götürülmüş Naxçıvan Dövlət Universitetinin bədən tərbiyəsi və idman, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisaslarının 10 nəfər tələbəsi təcrübə qazanmaq məqsədi ilə yarışın gedişatını izləmiş və yarış hakimlərinə lazımi köməkliyi göstərmişdir. Maraqlı və gərgin keçən çempionatın son nəticələrinə əsasən Babək rayon Payız kənd tam orta məktəbinin komandası I, Naxçıvan şəhər 16 №-li tam orta məktəbin komandası II, Ordubad şəhər 1 №-li tam orta məktəbin komandası isə III yerin sahibi olmuşdur. Qalib komandalar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplom, fəxri fərman və kubokları ilə mükafatlandırılmışlar. Qeyd edək ki, birinci yeri tutmuş komanda 31 oktyabr-5 noyabr tarixlərdə Xaçmaz rayonunda keçiriləcək “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika çempionatında muxtar respublikanı təmsil edəcəkdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031