SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mirça Luçesku Ramil Şeydayevin baş məşqçi olmağa razılıq verib

Mirça Luçesku Ramil Şeydayevin baş məşqçi olmağa razılıq verib
15-10-2019, 13:38

Mirça Luçesku Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın "Dinamo" (Moskva) komandasının baş məşqçi olmağa razılıq verib.

NAXCİVANXEBERLERİ.COM -un məlumatına görə, bu barədə "Sport24" nəşrinə 74 yaşlı mütəxəssisin agenti Arkadi Zaporojanu bildirib. O, hələlik bəzi təşkilati məsələlərin həll olunduğunu söyləyib: “Hazırda Mirça ilə Dinamo arasında danışıqlarda fasilə yaranıb. Luçesku Dinamoya rəhbərlik etmək istəyir. Biz öz razılığımızı vermişik. Lakin indi bəzi təşkilati məsələlər həll olunur”.

Luçesku bu ilin fevralında Türkiyə millisinin baş məşqçisi postundan göndərilib.

Qeyd edək ki, Rusiya Premyer Liqasının XII turunda “Orenburq”a 0:2 hesablı səfər məğlubiyyətindən sonra “Dinamo”nun baş məşqçisi Dmitri Xoxlov istefaya göndərilib. Komanda müvəqqəti olaraq Kirill Novikova tapşırılıb. Moskva təmsilçisi 12 turdan sonra 10 xalla 15-ci sıradadır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930