SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan karateçisi dünya çempionatında qızıl medal qazanıb

Azərbaycan karateçisi dünya çempionatında qızıl medal qazanıb
14-10-2019, 19:52

Azərbaycan karateçisi Rauf Abdullayev Çexiyanın Karlovı Vari şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən idmançı karatenin şotokan növündə mübarizə aparıb və bütün rəqiblərini üstələyib.

38 yaşlı karateçi finalda Rumıniya təmsilçisini məğlubiyyətə uğradıb.

"Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) mühafizə departamentinin idman təlimatçısı vəzifəsində çalışan Abdullayev bunları söyləyib: "Bu nailiyyəti bir dəmiryolçu kimi, oktyabrın 13-də qeyd etdiyimiz peşə bayramına həsr edirəm".

Qeyd edək ki, R.Abdullayev 2013-cü ildə Serbiyanın Novi Sad şəhərindəki mundialda da qızıl medal qazanıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930