SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan idmançıları Avropa çempionatında 4 medal qazanıblar

Azərbaycan idmançıları Avropa çempionatında 4 medal qazanıblar
14-10-2019, 17:11

Pencak-silat üzrə Azərbaycan millisi Hollandiyanın Haaqa şəhərində keçirilən açıq Avropa çempionatında uğurla çıxış edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, çempionatda Azərbaycan təmsilçiləri 4 medal qazanıblar. Gənclərin yarışında çıxış edən Xalid Əfəndiyev və Fidan Əlizadə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Böyüklərin mübarizəsində Elxan Cəfərov ikiqat Avropa çempionu adına sahib olub. Abdulla Abdullazadə isə yarışı üçüncü pillədə başa vurub.

Milli komanda çempionatda baş məşqçi Abbas Hümbətovun rəhbərliyi altında yarışıb.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Ziya Mirzəyev turnirdə ədaləti qoruyub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930