SON DƏQİQƏ

naxcivanxeberleri.com

Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqlayıb

Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqlayıb
14-10-2019, 16:00

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə kəmər sahibi Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqlayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, 31 yaşlı rusiyalı idmançı “Netcast Zone”yə müsahibəsində həmin şəxsin böyük ehtimalla, amerikalı Toni Ferqyuson olacağını bildirib.

Nurməhəmmədov ötən ay Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə amerikalı Dastin Puaryeni məğlub edərək ikinci dəfə çempion titulunu qoruyub.

Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. 35 yaşlı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930