SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanlı beynəlxalq dərəcəli hakim “Qızıl diplom”a layiq görüldü

Azərbaycanlı beynəlxalq dərəcəli hakim “Qızıl diplom”a layiq görüldü
13-10-2019, 17:10

Kişi və qadın idman gimnastikası üzrə beynəlxalq dərəcəli hakim Rza Əliyev “Uzun müddətli fərqlənən hakimlik” fəaliyyətinə görə Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təltif olunub.

Azərbaycan Gimnastika Federasiyasından NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, hakimimizə “qızıl diplom” hazırda Almaniyanın Ştutqart şəhərində keçirilən idman gimnastikası üzrə 49-cu Dünya Çempionatı (4-13 oktyabr) çərçivəsində təqdim olunub.

Qeyd edək ki, bu diplom 16 il (4 Olimpiya dövrü) ərzində Olimpiya Oyunları, Dünya Çempionatı, Yeniyetmələrin Olimpiya Oyunları, Ümumdünya Oyunlarında qüsursuz fəaliyyətə görə verilir.

Xatırladaq ki, Rza Əliyev Azərbaycanın Gimnastika tarixində ilk dəfə olaraq, kişi idman gimnastikası üzrə ən yüksək - 1-ci dərəcəli beynəlxalq hakimlik kateqoriyasına malikdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930