SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan yığması Macarıstan komandası ilə oyundan əvvəl son məşqə çıxıb

Azərbaycan yığması Macarıstan komandası ilə oyundan əvvəl son məşqə çıxıb
12-10-2019, 21:20

Azərbaycan milli komandası Macarıstan yığması ilə AVRO-2020-nin seçmə qrup oyunundan əvvəl son məşqə çıxıb.

NAXCİVANXEBERLERİ.COM-un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, hazırlıq prosesi matçın keçiriləcəyi "Groupama Arena"da təşkil olunub.

İlk 15 dəqiqəsi açıq olan çalışmaları AFFA-nın I vitse-prezidenti Rauf Əliyev, baş katib Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov izləyib. Eyni zamanda tribunada 20-dək azərbaycanlı azarkeş komandaya dəstək verib. Onlar bu gün 27 yaşı tamamlanan Qara Qarayevi çağıraraq, onu təbrik ediblər.

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Macarıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031