SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bədii gimnastika və aerobika gimnastikası üzrə Azərbaycan birinciliyinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Bədii gimnastika və aerobika gimnastikası üzrə Azərbaycan birinciliyinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
11-10-2019, 23:56

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin və aerobika gimnastikası üzrə 5-ci Azərbaycan birinciliyi və Bakı çempionatının qalibləri və mükafatçılarının mükafatlandırma mərasimi keçirilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bədii gimnastika üzrə yarışlarda çoxnövçülükdə fərdi çıxışların (alətsiz hərəkətlər, halqa və gürzlərlə hərəkətlər) nəticələrinə əsasən "körpələr" yaş kateqoriyasında (2009-2011-ci il təvəllüdlü) qaliblər müəyyən olub.

2009-cu il təvəllüdlü gimnastlar arasında birinci yeri Gövhər İbrahimova (42.550 bal), ikinci yeri - Sofiya Məmmədova (41.200 bal), üçüncü yeri isə Səkinəxanım İsmayılzadə (40.700 bal) tutublar. Gimnastların hər biri "Ocaq Sport" klubunun təmsilçiləri olub.

2010-cu il təvəllüdlü gimnastlar arasında ən yaxşı nəticəsində Nəzrin Salmanlı göstərib (41.900 bal), ikinci yerdə İlahə Bahadurova (39.400 bal), üçüncü yerdə isə Şəms Ağahüseynova (38.650 bal) qərarlaşıblar. Gimnastlar "Ocaq Sport" klbunun təmsilçiləri olub.

2011-ci il təvəllüdlü gimnastlar arasında birinci yeri Yelizaveta Yefremova (36.300 bal), ikinci yeri Alina Kolesnikova (35.650 bal), üçüncü yeri isə Lalə Əzizzadə (34.950 bal) tutublar. Y.Yefremova Bakı Gimnastika Məktəbini, A.Kolesnikova və L.Əzizzadə isə "Ocaq Sport" klubunu təmsil ediblər.

"Körpələr" yaş kateqoriyasında (2011-2012-ci il təvəllüdlü gimnastlar) aerobika gimnastikası üzrə fərdi proqramda birinci yeri Səid Əliyev (13.350 bal), ikinci yeri Arif Məmmədzadə (12.850 bal), üçüncü yeri isə Əkbər Məmmədli (12.116 bal) tutublar. Hər üç gimnast "Ocaq Sport" klubunun yetirməsidir.

"Körpələr" yaş kateqoriyasında qızlar arasında fərdi proqramda birinci yeri Ayan Ağayeva (15.183 bal), ikinci yeri Aydan Məlikova (14.366 bal) və Mehin Məmmədli (14.366 bal), üçüncü yeri isə Qəmər Ağaqulu (14.216 bal) tutublar. Aydan Məlikova "AyUlduz" klubunu, digər gimnastlar isə "Ocaq Sport" klubunu təmsil ediblər.

Aerobika gimnastikası üzrə "uşaqlar" yaş kateqoriyasında (2008-2010) qızlar arasında fərdi proqramda birinci yeri Məryəm Topçubaşova (16.950 bal), ikinci yeri Evelina Kozlovskaya (16.350 bal), üçüncü yeri isə Fidan İbrahimova (16.250 bal) tutublar. Hər üç gimnast "Ocaq Sport" klubunu təmsil edib.

Aerobika gimnastikası üzrə "pre-yuniorlar" yaş kateqoriyasında (2005-2007) qızlar arasında fərdi proqramda ən yaxşı nəticəni Dilarə Qurbanova (18.800 bal) göstərib, ikinci yerdə Nəsriz Hacızadə (17.816 bal), üçüncü yerdə isə Leyla Bejanova (17.666 bal) qərarlaşıblar. Gimnastlar "Ocaq Sport" klubunun təmsilçisi olublar.

"Ocaq Sport" klubunun təmsilçisi Xədicə Quliyeva "yuniorlar" yaş kateqoriyasında (2002-2004) aerobika gimnastika üzrə fərqdi proqramda 17.833 bal toplayıb.

"Böyüklər" yaş kateqoriyasında (2001-ci il təvəllüdlü və daha böyük) fərdi proqramda birinci yeri Vladimir Dolmatov (21.166 bal), ikinci yeri Elçin Məmmədov (20.083 bal), üçüncü yeri isə Emil Quliyev (19.050 bal) tutublar. Gimnastlar "Ocaq Sport" klubunu təmsil edib.

"Böyüklər" yaş kateqoriyasında (2001-ci il təvəllüdlü və daha böyük) qızlar arasında fərdi proqramda birinci yeri Nərminə Hüseynova (19.900 bal), ikinci yeri Mədinə Mustafayeva (19.166 bal), üçüncü yeri isə Balaxanım Əhmədova (18.900 bal) tutublar. Gimnastlar "Ocaq Sport" klubunu təmsil ediblər.

Qeyd edək ki, oktyabrın 10-da bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930