SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu gün Fransa və Azərbaycan yığmaları qarşılaşacaqlar

Bu gün Fransa və Azərbaycan yığmaları qarşılaşacaqlar
10-10-2019, 12:50

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Fransa yığmasının qonağı olacaq. Kale şəhərindəki “Stade de l'Epopee” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı portuqaliyalı Antoniu Nobrenin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

İkinci qrupda yer alan Azərbaycan millisi keçirdiyi 3 oyundan 1-də qalib gəlib. Səfərdə Lixtenşteynə 1 cavabsız qolla uduzan komanda, evdə Slovakiyanı 2:1 hesabı ilə üstələsə də, ardınca Gürcüstanla bacarmayıb – 0:3. Fransızlar isə qrupda ilk görüşlərinə çıxacaqlar.

AÇ-2021-in seçmə mərhələsi

II qrup

10 oktyabr


23:00. Fransa – Azərbaycan

Baş hakim: Antoniu Nobre

Yan xətt hakimləri: Nunu Pereyra, Bruno Alveş

Dördüncü hakim: Elder Maleyru (hakimlər briqadası Portuqaliyadandır)

Kale, “Stade de l'Epopee” stadionu

Xal durumu: Gürcüstan – 6, İsveçrə – 3, Slovakiya – 3, Azərbaycan – 3, Lixtenşteyn – 3, Fransa – 0.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031