SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın 12 sərbəst güləşçisi Qitələrarası Kubokda iştirak edəcək

Azərbaycanın 12 sərbəst güləşçisi Qitələrarası Kubokda iştirak edəcək
10-10-2019, 11:31

Azərbaycanın 12 sərbəst güləşçisi oktyabrın 11-dən Rusiyanın Xasavyurt şəhərində start götürəcək Qitələrarası Kubokda iştirak edəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, 11-ci dəfə təşkil olunacaq ənənəvi yarışda ölkəni gənclərdən ibarət yığmanın məşqçiləri Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Əfqan Xaşalov (57 kq), Mircəlal Həsənzadə, Tural Hüseynov (hər ikisi 61 kq), Vahid Əlizadə (65 kq), Vurğun Əliyev, Gitinoməhəmməd Hacıyev (hər ikisi 70 kq), İsmayıl Abdullayev, Coşqun Əzimov, Nadir Hacıyev (hamısı 74 kq), Rəşad Yusifli (79 kq), Roman Bəkirov və Rahid Həmidli (hər ikisi 125 kq) təmsil edəcək.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı, Kamran Əliyev və Elgün Məmmədov 3 gün davam edəcək turnirdə ədaləti qoruyacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031