SON DƏQİQƏ

naxcivanxeberleri.com

UEFA Xorvatiya millisinin futbolçusunun cəzasını azaldıb

UEFA Xorvatiya millisinin futbolçusunun cəzasını azaldıb
10-10-2019, 10:42

UEFA Xorvatiya milli komandasının və Almaniya "Ayntraxt"ının futbolçusu Ante Rebiçin diskvalifikasiya müddətini 4 oyuna endirib.

NAXCİVANXEBERLERİ.COM-un qitə futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı hücumçu avqustun 29-da Fransa "Strasburq"u ilə Avropa Liqasının "pley-off" mərhələsinin cavab görüşünün 44-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alıb.

Kobud oyun və qarşılaşmanın rəsmi nümayəndəsini təhqir etməsi səbəbindən Rebiçə 5 oyunluq cəzalandırıb. Sonradan Frankfurt təmsilçisi apellyasiya verib.

Qeyd edək ki, Ante Rebiç ötən ay İtaliya "Milan"ına 2 illik icarəyə verilib. Forvard Azərbaycan millisini həm Xorvatiyada 2:1 hesabı ilə məğlub etdikləri, həm də Bakıda 1:1 bərabərə qaldıqları oyunlarda iştirak etsə də, qol vura bilməyib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031