SON DƏQİQƏ

naxcivanxeberleri.com

UEFA prezidenti: "Azərbaycan və Ermənistanla bağlı qərarın dəyişdirilmə vaxtı hələ çatmayıb"

UEFA prezidenti:
10-10-2019, 10:35

UEFA prezidenti Aleksandr Çeferin siyasi məsələlərə görə bəzi ölkələrin yığma və klublarının rəhbərlik etdiyi qurumun bayrağı altında təşkil edilən yarışlarda eyni qrupda yer ala bilməmələrinə münasibət bildirib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, 52 yaşlı sloveniyalı funksioner “RİA Novosti”yə müsahibəsində bu baxımdan Azərbaycan və Ermənistanı da misal çəkib.

"Təhlükəsizlik bizim üçün əsas amillərdən biridir" deyən Çeferin turnirlər barədə hər hansı qərar verərkən, hər zaman təhlükəsizliyi nəzərə aldıqlarını bildirib: "Biz Serbiya ilə Kosovanı, Azərbaycan və Ermənistanı fərqli qruplara ayırırıq. Hətta İspaniya və Cəbəllütariq eyni qrupa düşə bilməz. Təhlükəsizliklə bağlı suallarımız olduqda, problemlərin yarandığını görəndə, milli federasiyalardan müvafiq təkliflər aldıqda, qabaqlayıcı tədbirlər görürük”.

A.Çeferin zamanla vəziyyətin dəyişəcəyinə inamını ifadə edib: “Bizim üçün təhlükəsizlik prinsipial əhəmiyyət kəsb edir, özümüzü siyasi məsələlərə qoşmuruq. Bu qərarı UEFA qəbul edib və hələ bunu dəyişdirməyin vaxtı çatmayıb. Tarixdə bir çox fərqli vəziyyətlər olub, ancaq zaman keçdikcə dəyişir. Rusiya və Ukrayna ilə bağlı vəziyyət də dəyişəcək. Bunun baş verməməsi üçün səbəb görmürəm. Futbol sürprizlərlə doludur, təsəvvür edin, hər iki komanda AVRO-2020-də yarımfinala və ya finala çıxır. Onda onlar mütləq Londonda öz aralarında oynayacaqlar”.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan - Ermənistan, Cəbəllütariq - İspaniya, Kosovo - Bosniya və Herseqovina, Kosovo – Serbiya, eləcə də Ukrayna - Rusiya cütləri eyni qrupda yer ala bilməz. Həmçinin sərt qış iqliminə görə 10 ölkədən maksimum 2-si eyni qrupa düşə bilər. Bunlar Belarus, Estoniya, Farer adaları, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç, Rusiya və Ukraynadır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031