SON DƏQİQƏ

naxcivanxeberleri.com

Teymur Rəcəbov Hamburq Qran-Prisində çıxış edəcək

Teymur Rəcəbov Hamburq Qran-Prisində çıxış edəcək
9-10-2019, 22:30

Noyabrın 5-dən 17-dək Hamburqda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Qran-Pri turnirinin üçüncü mərhələsi keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, dünyanın 16 ən güclü şahmatçısının mübarizə aparacağı turnirdə Azərbaycanı Teymur Rəcəbov təmsil edəcək.

Ümumilikdə 21 şahmatçının gücünü sınadığı bu nüfuzlu yarış dörd mərhələdən ibarətdir. Şahmatçıların hər biri turnirin yalnız üç mərhələsində iştirak edə bilər. Yarışın iyulun 11-24-də Riqada keçirilən bundan əvvəlki mərhələsində Şəhriyar Məmmədyarov qalib adını qazanıb. T.Rəcəbov isə həmin mərhələdə iştirak etməyib. "Grand Prix 2019” seriyasının mayda Moskvada keçirilən birinci mərhələsində isə hər iki təmsilçimiz ilk raundda uduzduğu üçün turnirlə vidalaşmalı olub.

Qran-Pri turnirinin dekabrın 10-dan 24-dək Təl-Əvivdə keçiriləcək dördüncü mərhələsində həm Ş.Məmmədyarov, həm də T.Rəcəbov mübarizə aparacaqlar.

Qeyd edək ki, Qran-Pri turnirləri Olimpiya sistemi (uduzan çıxır) üzrə keçirilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031