SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan millisi Nikola Yurçeviçin rəhbərliyi altında ilk qələbəsini qazanıb

Azərbaycan millisi Nikola Yurçeviçin rəhbərliyi altında ilk qələbəsini qazanıb
9-10-2019, 22:52

Futbol üzrə Azərbaycan milli komandası baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ilk qələbəsini qazanıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu, səfərdə Bəhreynlə keçirilmiş yoldaşlıq görüşündə baş verib. Qarşılaşma millinin qələbəsi ilə yekunlaşıb - 3:2.

Bəhreyn Milli Stadionundakı matçda hesabı meydan sahibləri açıb. Lakin 41-ci dəqiqədə Rüfət Dadaşov bərabərlik qolunu vurub.

62-ci dəqiqədə Təmkin Xəlilzadə qonaq komandanı hesabda irəli çıxarıb. Bəhreyn tezliklə hesabı bərabərləşdirsə də, 70-ci dəqiqədə Ramil Şeydayev yekun nəticəni müəyyənləşdirib - 3:2.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 13-də Budapeştdə AVRO-2020-nin seçmə matçında Macarıstanın qonağı olacaq. "Groupama" stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031