SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Zirə”nin yeni baş məşqçisi bəlli olub

“Zirə”nin yeni baş məşqçisi bəlli olub
9-10-2019, 16:40

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə"nin yeni baş məşqçisi bəlli olub.

NAXCİVANXEBERLERİ.COM klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Zaur Həşimova həvalə olunub. Bu gün klub rəhbərliyi ilə 38 yaşlı mütəxəssis arasında görüş keçirilib və razılıq əldə edilib. Bu postda Samir Abasovu əvəzləyən Z.Həşimovla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Yeni baş məşqçi artıq sabahdan işinə başlayacaq.

Qeyd edək ki, Z.Həşimov 2016-cı ilin iyunundan 2017-ci ilin dekabrına qədər "Zirə"də əsas komandanın məşqçilər korpusunda yer alıb. O, cari mövsümdə "Qəbələ"nin məşqçisi vəzifəsində çalışırdı.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031