SON DƏQİQƏ

naxcivanxeberleri.com

Messi indiyə qədər qarşılaşdığı ən güclü komandanın adını açıqlayıb

Messi indiyə qədər qarşılaşdığı ən güclü komandanın adını açıqlayıb
9-10-2019, 16:00

Argentina millisinin və İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Lionel Messi indiyə qədər qarşılaşdığı ən güclü komandanın adını açıqlayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, argentinalı hücumçu bu barədə “RAC 1”ə müsahibəsində deyib. 32 yaşlı forvard həmin kollektivin 2010-cu il dünya çempionatında üz-üzə gəldikləri İspaniya yığması olduğunu deyib: “Bu komanda məni heyran etdi. Ən yaxşı müdafiəsi olan komandaya gəlincə, bilmirəm. İndiyə qədər dəfələrlə güclü rəqiblərə qarşı oynamışıq. Xüsusən də futbolçularının fiziki güclərinə görə İngiltərə klublarını qeyd edərdim. Son illər futbol daha çox müdafiə yönümlü və taktiki olub. Hazırda müdafiədə sərt oynayan çox rəqib var”.

Messi bəzilərinin onu “Allah” adlandırmalarına da münasibət bildirib: “Bu, xoşuma gəlmir. Bunu pis mənada deməsələr də, şişirdirlər. Xüsusən də uşaqlarım bütün bunları eşidir və əzbərləyirlər. Övladlarım məni “Leo Messi” və ya “Vamos Leo Messi” adlandırırlar”.

Təcrübəli hücumçu futbolda videotəkrar sisteminin tərəfdarı olduğunu bildirib. O, yayda “Atletiko”dan “Barselona”ya keçən Antuan Qrizmannla aralarında heç bir problemin olmadığını, onun transferini ilk gündən dəstəklədiyini vurğulayıb.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lionel Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib və hazırda klubun ən titullu futbolçusudur. O, 10 dəfə İspaniya və 3 dəfə klublararası dünya çempionu olub. Forvard 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Super Kubokunun, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi adını qazanıb. Argentinalı futbolçu 6 dəfə “Qızıl top”a və 6 dəfə “Qızıl buts”a layiq görülüb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031