SON DƏQİQƏ

naxcivanxeberleri.com

Milli Gimnastika Arenası bu dəfə yerli yarışlara ev sahibliyi edəcək

Milli Gimnastika Arenası bu dəfə yerli yarışlara ev sahibliyi edəcək
9-10-2019, 17:30

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı Bölgələrarası Kubok və aerobika gimnastikası üzrə 5-ci Azərbaycan birinciliyi ilə Bakı çempionatı keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 10-da start götürəcək yarışlar 4 gün davam edəcək.

İlk olaraq bədii gimnastlar mübarizə aparacaqlar. Gənclər, yeniyetmələr, uşaqlar və balacalar yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar. Aerobika gimnastları isə eyni yaş kateqoriyalarında yer alaraq, fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.

Gimnastikanın hər iki növü üzrə yarışlarda Bakı şəhəri və bölgələr üzrə ümumilikdə 200-dən çox idmançının iştirakı gözlənilir.

Bakı şəhəri üzrə Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “AyUlduz”, “Gymkids” Klublarının, “Zirvə International”, Zabrat İdman Klublarının, Respublika Kompleks İdman Məktəbinin, Şağan Olimpiya İdman Kompleksinin, eləcə də Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, İsmayıllı, Göyçay, Zaqatala, Kürdəmir, Qusar, Şirvan və Masallı təmsilçiləri birincilik uğrunda yarışacaq.

Turnirə biletləri arenanın kassasından, həmçinin onlayn (https://ticketing.mga.az/az/competition/72/#/buyticket) əldə etmək mümkündür. Qiymətlər 10 - 12 oktyabrda 6 manat, 13 oktyabrda 8 manat təşkil edir. Yarışlar saat 12:00-da başlayacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031