SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bəhreyn - Azərbaycan oyununun hakimləri müəyyənləşib

Bəhreyn - Azərbaycan oyununun hakimləri müəyyənləşib
9-10-2019, 13:00

Futbol üzrə Bəhreyn və Azərbaycan milli komandaları arasında bu gün keçiriləcək yoldaşlıq oyununun hakimləri açıqlanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Ər-Rifa şəhərindəki Bəhreyn Milli Stadionunda baş tutacaq matçı omanlı ədalət təmsilçiləri idarə edəcəklər. Qarşılaşmanın referisi Əhməd Əl-Kafa olacaq. Əbu Bəkr Əl-Omari ilə Rəşid Əl-Qayti yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər. Görüşün dördüncü hakimi isə bəhreynli İssa Abdulla olacaq.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031