SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan yığması 3-cü qrupu 3 xalla 3-cü pillədə başa vurub

Azərbaycan yığması 3-cü qrupu 3 xalla 3-cü pillədə başa vurub
8-10-2019, 17:52

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə qrup mərhələsində son oyununu keçirib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Vüqar Əsgərlinin baş məşqçisi olduğu kollektiv Albaniya ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 72-ci dəqiqədə Dilarə Soley qələbə qolunun müəllifi olub. 90+2-ci dəqiqədə Sona Rəhimovanın qırmızı vərəqə alması səbəbindən, Vüqar Əsgərlinin baş məşqçi olduğu kollektiv matçı azlıqda bitirib.

Beləliklə, 3-cü qrupu 3 xalla 3-cü pillədə başa vuran milli komanda növbəti mərhələyə yüksələ bilməyib. Almaniya 9 xalla qrup lideri, meydan sahibi Portuqaliya isə isə 6 xalla 2-ci yerin sahibi kimi mərhələ adlayıb.

Qeyd edək ki, Azərbaycan yığması qrupdakı digər iki görüşdə Almaniya və Portuqaliyaya eyni hesabla uduzub - 0:6.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031