SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanla oyundan öncə Bəhreyn millisinin 6 futbolçusu heyətdən çıxarılıb

Azərbaycanla oyundan öncə Bəhreyn millisinin 6 futbolçusu heyətdən çıxarılıb
8-10-2019, 17:09

Bəhreyn millisinin Azərbaycanla yoldaşlıq matçı və İranla DÇ-2022-nin seçmə oyunu ərəfəsində 30 futbolçudan ibarət ilkin siyahısında dəyişiklik edilib.

NAXCİVANXEBERLERİ.COM "Alayam" nəşrinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Helio Sousa 6 oyunçunu heyətdən çıxarıb.

Müdafiəçilər Səyid Məhəmməd Adnan və Raşid Əl Houti (hər ikisi "Əl-Hidd"), qapıçı Mahbub Yəhya ("Budaiya") yarımmüdafiəçilər Əhməd Musa, İsa Əli Cihad (hər ikisi "Manama") və hücumçu Sami Əl-Husayni ("East Riffa") portuqaliyalı mütəxəssisə lazım olmayıb.

Qeyd edək ki, oktyabrın 9-da Ər-Rifa şəhərində keçiriləcək Bəhreyn - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv oktyabrın 13-də səfərdə AVRO-2020-nin seçmə mərhələ oyununa çıxacaq. Bəhreyn isə oktyabrın 15-də İranı qəbul edəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031