SON DƏQİQƏ

naxcivanxeberleri.com

Babək qəsəbəsində poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib

Babək qəsəbəsində poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib
7-10-2019, 21:56

7 oktyabr 2019-cu il tarixdə Babək qəsəbəsində ümumtəhsil məktəblərinin komandaları arasında “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir. Naxçıvan Muxtar Respubilkası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Babək Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyev, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Babək Rayon İdarəsinin əməkdaşı Rəşad Həsənov və Təhsil Şöbəsinin əməkdaşı Vidadi Əliyev çıxış edərək bildiriblər ki, birinciliyin keçirilməsində məqsəd Babək rayonunun bədən tərbiyəsi və idman kollektivlərində, həmçinin qəsəbə və kəndlərində «VMH» çoxnövçülüyünü yeniyetmə və gənclər arasında təbliğ etmək, onları hərbi-vətənpərvərlik ruhunda tərbiyə etmək və orduya xidmət etmələri üçün fiziki hazırlıq səviyyələrini yüksəltməkdir. Babək Rayon Gənclər və İdman İdarəsinin, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Babək Rayon İdarəsinin və Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən birincilikdə 7 məktəbdən ümumilikdə 35 şagird mübarizə aparmışdır. Poliatlon çoxnövçülüyü proqramı üzrə yarışlar 100 metr məsafəyə qaçış, 2000 metr məsafəyə kross qaçışı, qumbara atma və turnikdə dartınma növləri üzrə keçirilmişdir. Yekun nəticələrə əsasən, 889 xalla Payız kənd tam orta məktəbin komandası I yerin qalibi olub. 709 xalla Nəhəcir, 327 xalla isə Cəhri kənd 2 nömrəli tam orta məktəbin komandaları ardıcıl olaraq II və III yerdə qərarlaşıblar. Qalib komandalara təşkilatçıların diplom və kubokları təqdim olunmuşdur. Payız kənd tam orta məktəbin komandası uğurlu nəticəyə görə Babək rayonunu muxtar respublika birinciliyində təmsil etmək hüququ qazanmışdır


 Babək qəsəbəsində poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib
 Babək qəsəbəsində poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib
 Babək qəsəbəsində poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031