SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avropa çempionatına qatılacaq Azərbaycan ağırlıqqaldıranlarının adları bəlli olub

Avropa çempionatına qatılacaq Azərbaycan ağırlıqqaldıranlarının adları bəlli olub
7-10-2019, 20:06

Rumıniyanın paytaxtı Buxarestdə yaşı 20 və 23-ə qədər olan ağırlıqqaldıranlar arasındakı Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti bəlli olub.

Federasiyadan NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, U-20-lərin mübarizəsində Rüstəm Qasımov (67 kq), Tarmenxan Babayev (96 kq), Əliş Nəzərov (109 kq), İsmayıl Qurbanov (+109 kq) çıxış edəcək. Məhəmməd Məmmədli (67 kq), Elşad Şərifov (73 kq), Kənan Əliquliyev (81 kq) isə U-2-lərin yarışında çıxış edəcək.

Qadınlardan isə Səbinə Əzimova (55 kq) U-20, Mərziyyə Məhərrəmova (49 kq) U-23 yaş kateqoriyasında qüvvəsini sınayacaq.

Beynəlxalq dərəcəli hakim Məmməd Məmmədov Azərbaycanı hakim qismində təmsil edəcək.

Qeyd edək ki, Avropa çempionatı 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Yarış 17 - 27 oktyabrda keçirilcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031