SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Neftçi" "Səbail"i məğlub edib

5-10-2019, 21:55

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, həftənin ikinci matçında "Neftçi" "Səbail"i qəbul edib. "Bakcell Arena"da baş tutan görüşdə hesabı meydan sahibləri açıb. Qarşılaşmanın 41-ci dəqiqəsində Stiven Monroz künc zərbəsindən sonra başla fərqlənib. Bundan 3 dəqiqə sonra isə Anton Krivotsyuk eyni ssenari ilə topu qapıdan keçirib.

Oyunda son nöqtəni isə 81-ci dəqiqədə Ağabala Ramazanov qoyub - 2:1.

Bu qələbədən sonra xalını 11-ə çatdıran "Neftçi" "Keşlə" ilə "üçlüy"ü qapayırlar. Bu komandalar lider "Qarabağ"dan 7 xal geri qalırlar. Hesabında 10 xal olan "Səbail" isə 4-cü pilləyə düşüb.

Qeyd edək ki, həftənin açılış matçında "Sumqayıt" evdə "Keşlə" ilə qolsuz heç-heçə edib. Tura sabah keçiriləcək "Zirə" - "Qəbələ" və "Qarabağ" - "Sabah" oyunları ilə yekun vurulacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031