SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Premyer Liqasında birinci dövrənin son oyunlarına start veriləcək

Azərbaycan Premyer Liqasında birinci dövrənin son oyunlarına start veriləcək
5-10-2019, 09:52

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında birinci dövrənin son turuna start veriləcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, VII turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Oyunlardan biri Bakıda, digəri isə Sumqayıtda olacaq.

Turun açılış matçında "Sumqayıt" "Keşlə"ni qəbul edəcək. "Gənclik şəhəri" təmsilçisi 6 xalla 6-cı, paytaxt klubu isə 10 xalla 2-3-cü yerləri bölüşdürür.

"Keşlə" ilə "Sumqayıt" Premyer Liqada indiyədək 28 dəfə üz-üzə gəliblər. Bunların 14-də qonaqlar, 7-də isə meydan sahibləri qələbə qazanıb. Topların fərqində də qonaqlar üstündür - 44:28. Paytaxt klubu 17 oyundur rəqibinə qarşı meydanı qolsuz tərk etmir. Komandalar arasındakı son 7 dueldə 3 və ya daha çox qol vurulub.

Günün digər qarşılaşmasında "Neftçi" "Səbail"lə qarşılaşacaq. Flaqman 8 xalla 4-cü pillədə qərarlaşıb. "Səbail" isə 10 xalla 2-3-cü yerləri bölüşdürür. Komandalar arasındakı keçirilən 8 oyunun 5-də "Neftçi", 2-də isə "Səbail" meydanı 3 xalla tərk edib. Topların fərqində də meydan sahiblərinin aşkar üstünlüyü var - 18:6.

Qeyd edək ki, I dövrəyə sabah keçiriləcək "Zirə" - "Qəbələ" və "Qarabağ" - "Sabah" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, VII tur

5 oktyabr (şənbə)

17:00. “Sumqayıt” – “Keşlə”

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: İlham Əliyev

“Kapital Bank Arena”

19:15. “Neftçi” – “Səbail”

Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Cavanşir Yusifov, Namiq Bəkirov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

“Bakcell Arena”

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930