SON DƏQİQƏ

naxcivanxeberleri.com

Teymur Rəcəbov şahmat üzrə dünya kuboku turnirinin qalibi olub

Teymur Rəcəbov şahmat üzrə dünya kuboku turnirinin qalibi olub
4-10-2019, 18:45

Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kuboku sahibi bəlli oldu.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, dünya kubokunun tay-brekində həmyerlimiz Teymur Rəcəbov çinli Dinq Lireni fantastik mübarizənin sonunda üstələyə bilib. Dörd günlük klassik partiyalarının sonunda qalib müəyyənləşmədiyi üçün ,tərəflər bu gün tay-brek oynadı. Blitza qədər uzanan matç şahmatçımızın möhtəşəm qələbəsi ilə nəticələndi ! 6:4


Teymur Rəcəbov istənilən halda Azərbaycan şahmat tarixinə öz adını yazdırmışdı. Rəcəbov Dünya Kubokunun finalına çıxan ilk azərbaycanlı kimi də tarixə düşüb. İndi isə Teymur Rəcəbov Azərbaycan şahmat tarixinin ən böyük qələbəsinin qazanmaqla adının qızıl hərflərlə tarixə yazdırdı !



Onu da qeyd edək ki ,finala vəsiqə qazanan Teymur Rəcəbov həmçinin 2020-ci ildə keçiriləcək İddiaçılar Turnirinə birbaşa vəsiqə də qazandı.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031