SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avropa Liqası: Pavel Paşayevin komandası ilk xalını qazanıb, "Beşiktaş" uduzub

Avropa Liqası: Pavel Paşayevin komandası ilk xalını qazanıb,
3-10-2019, 23:21

UEFA Avropa Liqasının qrup mərhələsində II turun oyunlarına start verilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, ilk olaraq G, H, I, J, K, L qruplarındakı matçlar oynanılıb.

Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi Ukraynanın "Aleksandriya" klubu da qrup mərhələsində növbəti görüşünü keçirib. Komanda Belçikanın "Gent" kollektivini qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb və "Aleksandriya" turnirdə ilk xalını qazanıb. Matça start heyətdə başlayan Paşayev sonadək meydanda olub.

Türkiyə təmsilçilərindən "Başakşehir" evdə Almaniya "Borussiya"sı (Mönxenqladbax) ilə heç-heçə edib - 1:1. "Beşiktaş" isə İstanbulda İngiltərənin "Vulverhempton" komandasına uduzub - 0:1.

Avropa Liqası qrup mərhələsi, II tur

G qrupu

20:55. "Yanq Boyz" (İsveçrə) - "Reyncers" (Şotlandiya) - 2:1

20:55. "Feyenoord" (Hollandiya) - "Portu" (Portuqaliya) - 2:0

Xal durumu: "Portu" - 3, "Reyncers" - 3, "Yanq Boyz" - 3, "Feyenoord" - 3.

H qrupu

20:55. MOİK (Rusiya) - "Espanyol" (İspaniya) - 0:2

20:55. "Ferentsvaroş" (Macarıstan) - "Lüdoqorets" (Bolqarıstan) - 0:3

Xal durumu: "Lüdoqorets" - 6, "Espanyol" - 4, "Ferentsvaroş" - 1, MOİK - 0.

I qrupu

20:55. "Sent-Etyen" (Fransa) - "Volfsburq" (Almaniya) - 1:1

20:55. "Aleksandriya" (Ukrayna) - "Gent" (Belçika) - 1:1

Xal durumu: "Gent" - 4, "Volfsburq" - 4. "Sent-Etyen" - 1. "Aleksandriya" - 1.

J qrupu

20:55. "Başakşehir" (Türkiyə) - "Borussiya" (Mönxenqladbax, Almaniya) - 1:1

20:55. "Volfsberq" (Avstriya) - "Roma" (İtaliya) - 1:1

Xal durumu: Roma - 4, "Volfsberq" - 4, "İstanbul Başakşehir" - 1, "Borussiya" - 1.

K qrupu

20:55. "Beşiktaş" (Türkiyə) - "Vulverhempton" (İngiltərə) - 0:1

20:55. "Braqa" (Portuqaliya) - "Slovan" (Bratislava, Slovakiya) - 2:2

Xal durumu: "Braqa" - 4, "Slovan" - 4, "Vulverhempton" - 3. "Beşiktaş" - 0,

L qrupu

18:50. "Astana" (Qazaxıstan) - "Partizan" (Serbiya) - 1:2

20:55. AZ (Hollandiya) - "Mançester Yunayted" (İngiltərə) - 0:0

Xal durumu: "Mançester Yunayted" - 4, "Partizan" - 4, AZ - 2, "Astana" - 0.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031