SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Qarabağ" rəsmisi ECA-da yüksək vəzifəyə seçilib

2-10-2019, 23:30

"Qarabağ"ın baş meneceri Asif Əsgərov yenidən Avropa Klublar Assosiasiyasının (ECA) İşçi Qrupunun katibi seçilib.

NAXCİVANXEBERLERİ.COM Azərbaycan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Əsgərov İtaliya "Milan"ının prezidenti İvan Qazidisin rəhbərlik etdiyi qrupda 4 il xidmət göstərəcək.

O, qrupda İngiltərənin "Tottenhem" və "Arsenal", Hollandiyanın "Ayaks", Avstriyanın "Zaltsburq", İtaliyanın "Yuventus", İspaniyanın "Barselona" və Almaniyanın "Borussiya" (Dortmund) rəsmiləriylə birlikdə yer alıb.

Qeyd edək ki, Asif Əsgərov iki il İşçi Qrupunun üzvü olub və bu hal Azərbaycan futbol tarixində ilk və yeganədir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031