SON DƏQİQƏ

naxcivanxeberleri.com

Məktəblilər arasında mini futbol turniri keçirilib-FOTO

Məktəblilər arasında mini futbol turniri keçirilib-FOTO
2-10-2019, 22:48

2 oktyabr 2019-cu il tarixdə Sədərək Rayon Heydərabad qəsəbəsinin mini futbol meydançasında Sədərək Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Sədərək Rayon Uşaq-Gənclər İdman Məktəbinin, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası Sədərək Rayon Bölməsinin və Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “18 oktyabr – Dövlət Müstəqilliyi Günü” münasibətilə məktəblilər arasında mini futbol turniri keçirilmişdir.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbirdə çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Polad Rzazadə və Uşaq-Gənclər İdman Məktəbinin direktoru Nizami Bağırov “18 oktyabr – Dövlət Müstəqilliyi Günü” münasibətilə idmançıları təbrik edib və komandalara uğurlar arzulayıblar. Yarışda 18 məktəbli iştirak etmişdir. Sədərək rayon 1 saylı tam orta məktəbin “Sədərək” komandası 1-ci yerə, Sədərək rayon 1 saylı tam orta məktəbinin “Əjdəkan” komandası 2-ci yerə, Sədərək rayon 2 saylı tam orta məktəbin “ Kəhriz” komandası 3-cü yerə layiq görülmüşdür. Qaliblər təşkilatçıların diplom və fəxri fərmanları ilə mükafatlandırılmışlar.


Məktəblilər arasında mini futbol turniri keçirilib-FOTOMəktəblilər arasında mini futbol turniri keçirilib-FOTO
Məktəblilər arasında mini futbol turniri keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031