SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Qəbələ" Kiprdə APOEL-lə heç-heçə edib

2-10-2019, 20:13

"Qəbələ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununu keçirib.

NAXCİANXEBERLERİ.COM
-unməlumatına görə, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv I mərhələnin ilk matçında Kiprdə APOEL-lə üz-üzə gəlib. Paytaxt Nikosiyadakı “Makarion” stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Hesab 9-cu dəqiqədə açılıb. İdris İnqilablının uzaq məsafədən endirdiyi zərbə APOEL-in futbolçusu Giannis Satsiasa dəyərək qapıya daxil olub. İkinci hisənin əvvəllərində meydan sahibləri tarazlığı bərpa edə biliblər. 48-ci dəqiqədə Stavros Qavriel bərabərlik qoluna imza atıb.

Bu komandalar arasında cavab oyunu oktyabrın 24-də Qəbələ şəhər stadionunda keçiriləcək. Əyalət təmsilçisi I raundda APOEL-i mübarizədən kənarlaşdıracağı təqdirdə, “Saraqosa” (İspaniya) – “Korona” (Polşa) cütünün qalibi ilə görüşəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031