SON DƏQİQƏ

naxcivanxeberleri.com

Fernando Alonso tezliklə “Formula 1”ə dönəcəyi yönündə xəbərləri şərh edib

Fernando Alonso tezliklə “Formula 1”ə dönəcəyi yönündə xəbərləri şərh edib
2-10-2019, 15:00

2016-cı ildə Bakıda keçirilən Avropa Qran-prisinin səfiri Fernando Alonso tezliklə “Formula 1”ə dönəcəyi yönündə çıxan xəbərləri şərh edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, 39 yaşlı ispaniyalı pilot “GPblog”a açıqlamasında yaxın zamanda belə bir addım atmaq niyyətində olmadığını söyləyib: “Ötən mövsümün axırında18 il yüksək səviyyədə çıxış etdikdən sonra çempionatı tərk etməyi qərar aldım. Hələlik heç nə dəyişməyib. “Formula 1” 365 gün diqqət tələb edir. Mən isə indi bir qədər dincələ bilirəm. İmkan düşən kimi dönüşüm barədə düşünəcəyəm”.

Qeyd edək ki, Fernando Alonso 2005 və 2006-cı illərdə “Formula 1”in, 2018-ci ildə “24 saat Le Man”ın qalibi olub. O, “Formula 1”i 2018-ci il mövsümünün sonunda tərk edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930