SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çempionlar Liqası: "Real Madrid" öz meydanında "Brügge"yə qalib gələ bilməyib

Çempionlar Liqası:
1-10-2019, 23:21

"Real Madrid" UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunda "Brügge" ilə heç-heçə edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, İspaniyada keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

"Brügge"nin heyətində Emmanuel Dennis 9 və 39-cu dəqiqələrdə dubl edib. "Real"ın heyətində Serxio Ramos (55-ci dəqiqə) və Kazemiro (85) fərqləniblər.

Qeyd edilir ki, ispan komandasının heyətində ilk dəfə qapıçı dəyişikliyi baş verib. Belçikalı Tibo Kurtuanın əvəzinə meydançaya Alfons Areolya çıxıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031