SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yüngül atletikanın qaçış növü üzrə muxtar respublika birinciliyi keçirilib-FOTO

Yüngül atletikanın qaçış növü üzrə muxtar respublika birinciliyi keçirilib-FOTO
30-09-2019, 17:47

30 sentyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublika Stadionunda Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız tələbələri, federasiyanın klubları və Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında yüngül atletikanın qaçış növü üzrə muxtar respublika birinciliyi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, birinciliyin keçirilməsində məqsəd muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında yüngül atletika idman növünün inkişaf etdirilməsi və kütləviliyinə nail olunması, yeniyetmə və gənclərin bu idman növünə cəlbi, muxtar respublikada yeniyetmə və gənclərdən ibarət yığma komandaların tərkibinin müəyyənləşdirilməsi olmuşdur. Komandaların tərkibində 5 oğlan 5 qız olmaqla yarış 100, 200, 400, 800 və 1500 metr məsafəyə qaçış üzrə keçirilmişdir. Yarışda 9 komanda mübarizə aparmışdır. Yarışın mükafatlanma mərasimində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov və Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov çıxış edərək muxtar respublikada idmana və idmançılara göstərilən dövlət qayğısı, idmançılar üçün yaradılan şərait haqqında danışmış, yarış iştirakçılarına uğurlar arzulamışlar. Gərgin və maraqlı keçən yarışın sonunda qızlar arasında 100 metr məsafəyə qaçışda Cəfərova Güllü, 200 metr məsafəyə qaçışda Cəfərova Gülayə, 400 metr məsafəyə qaçışda Orucova Xatun, 800 metr məsafəyə qaçışda Abbasova Aysu, 1500 metr məsafəyə qaçışda Əliyeva Nərminə, oğlanlar arasında 100 metr məsafəyə qaçışda Həsənov Əhməd, 200 metr məsafəyə qaçışda Həsənov Toğrul, 400 metr məsafəyə qaçışda İmanov Nihal, 800 metr məsafəyə qaçışda Musayev Məhəmməd, 1500 metr məsafəyə qaçışda Babayev Abbas bütün rəqiblərini üstələyərək birinci yerin sahibi olmuşlar. Sonda qaliblər diplom və qiymətli hədiyələrlə mükafatlandırılmışlar.


Yüngül atletikanın qaçış növü üzrə muxtar respublika birinciliyi keçirilib-FOTO
Yüngül atletikanın qaçış növü üzrə muxtar respublika birinciliyi keçirilib-FOTO
Yüngül atletikanın qaçış növü üzrə muxtar respublika birinciliyi keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031