SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan “Tbilisi marafonu 2019”da təmsil olunub

Azərbaycan “Tbilisi marafonu 2019”da təmsil olunub
29-09-2019, 13:54

Gürcüstanın paytaxtı Tbilisidə səkkizinci “Tbilisi marafonu” keçirilib.

Xeyriyyə məqsədi daşıyan marafona 2700 iştirakçı qatılıb.

Marafonun start və finiş zonası Tbilisinin mərkəzi Rustaveli prospektində yerləşən 1 saylı Gimnaziyanın qarşısında təşkil olunub. Marafonçular şəhərin mərkəzi yolları ilə 10 və 21 kilometrlik məsafələri qət ediblər.

“Tbilisi marafonu” çərçivəsində uşaqların iştirakı ilə 0,5 və 1,2 kilometr məsafəyə qaçış da keçirilib.

Marafonda Gürcüstanla yanaşı, Azərbaycan, Qazaxıstan, Ukrayna, Ermənistan və digər ölkələr də təmsil olunub. Azərbaycandan “Tbilisi marafonu - 2019”a 30-a yaxın iştirakçı qatılıb.

Azərbaycanlı marafonçulara azarkeşlik edənlər say baxımından çoxluq təşkil edib. Azərkeşlər əllərində Azərbaycan və Gürcüstan bayraqlarını tutaraq azərbaycanlı yarış iştirakçılarına dəstək olublar.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və səfirlik əməkdaşları da azarkeşlər arasında olub. Azərbaycanlı yarış iştirakçıları azarkeş qrupuna dəstəyə görə təşəkkürlərini bildiriblər.Report

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930