SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal uğrunda yarışacaq

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal uğrunda yarışacaq
28-09-2019, 11:47

Azərbaycan cüdoçusu Hüseyn Məmmədov Qazaxıstanın Almatı şəhərində yeniyetmələr arasında keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 90 kq-dan yuxarı çəkidə yer alan 17 yaşlı idmançı misirli Ahmed Abdelsamiya və belaruslu Nikita Starovoytovu ipponla yendikdən sonra 1/4 finalda rusiyalı Nodar Onoprienkoya uduzub. Bakıdakı Yeniyetmələrin Yay Olimpiya Festivalının qalibi olmuş cüdoçu təsəlliverici görüşdə moldovalı Alin Baqrinə 95 saniyəyə ipponla qalib gəlib. Onun 3-cü yer uğrunda görüşdə rəqibi yaponiyalı Mitsuki Suqavara olacaq.

70 kq-dan yuxarı çəkidəki qadın cüdoçu Nərmin Əmirli isə ilk görüşündə ABŞ təmsilçisi Nataliya Stanoyeviçi üstələsə də, 1/8 finalda qırğızıstanlı Şaxida Narmuxamedovaya uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, dünya çempionatının əvvəlki yarış günlərində Azərbaycan cüdoçularından Kamran Süleymanov (60 kq) gümüş, Vüqar Talıbov (73 kq) bürünc medal qazanıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031