SON DƏQİQƏ

naxcivanxeberleri.com

Teymur Rəcəbov Dünya Kubokunun yarımfinal mərhələsində ilk oyununu keçirib

Teymur Rəcəbov Dünya Kubokunun yarımfinal mərhələsində ilk oyununu keçirib
26-09-2019, 17:15

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun yarımfinal mərhələsinin birinci partiyaları oynanılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu mərhələdə Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Fransa təmsilçisi Maksim Vaşye-Laqravla üz-üzə gəlib. Şahmatçılar arasında ilk duel heç-heçə yekunlaşıb. Növbəti görüş sabah olacaq. Orada da bərabərlik qeydə alınarsa, qalib sentyabrın 28-də tay-breykdə müəyyənləşəcək.

İki çinli - Dinq Liren və Yu Yanq Li arasındakı digər yarımfinal görüşündə də qalib müəyyənləşməyib.

Sentyabrın 10-da start götürən Dünya Kubokuna oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031