SON DƏQQƏ

naxcivanxeberleri.com

Şahmat üzrə Şahbuz rayon birinciliyi keçirilib

Şahmat üzrə Şahbuz rayon birinciliyi keçirilib
23-09-2019, 18:40

23 sentyabr 2019-cu il tarixdə Şahbuz Rayon Gənclər və İdman idarəsinin, Təhsil şöbəsinin və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası Şahbuz rayon bölməsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə rayon birinciliyi keçirilmişdir.
Naxçıvan Muxtar Respubilkası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Şahbuz rayon Gənclər və İdman İdarəsinin rəisi İdris Qəhrəmanov, Təhsil şöbəsinin nümayəndəsi Fikrət Cəfərov, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası Şahbuz rayon bölməsinin nümayəndəsi Sunay Dilavərli çıxış edərək muxtar respublikamızda şahmata göstərilən dövlət qayğısı haqqında şahmatçılara geniş məlumat vermişlər. “İsveçrə” sistemi üzrə keçirilən və 5 turdan ibarət olan yarışın yekun nəticəsinə əsasən Məhərrəmov Zamin I yeri, Yusifli Fatimə II yeri, İbrahimov Əli III yeri tutmuşlar.
Sonda qaliblərə təşkilatçıların diplomları təqdim olunmuşdur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30