SON DƏQİQƏ

naxcivanxeberleri.com

Messi “Barselona”nın futbolçularını danlayıb

Messi “Barselona”nın futbolçularını danlayıb
23-09-2019, 17:30

İspaniya təmsilçisi “Barselona”nın kapitanı Lionel Messi komanda yoldaşlarını danlayıb.

NAXCİVANXEBERLERİ.COM “Cadena COPE”yə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu La Liqanın V turunda səfərdə “Qranada”ya 0:2 hesabı ilə uduzduqları matçda oyunçuların çıxışından narazı qalıb.

Argentinalı forvardın paltardəyişmə otağında “Barselona”nın futbolçularını sərt şəkildə tənbeh etdiyi bildirilir.

Qeyd edək ki, zədə səbəbindən mövsümün əvvəlindəki görüşləri buraxan Messi, “Qranada” ilə qarşılaşmada ikinci hissədə meydana daxil olub. “Barselona” 5 turdan sonra 7 xalla 8-ci yerdədir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031