SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Qəbələ"nin müdafiəçisi: "Yarış cədvəlində bundan da yuxarı yeri tutacağıq"

21-09-2019, 23:10

"Qələbə də qazana bilərdik. Hesabda öndə idik. Fikrimcə, son yarım saatda konsentrasiyamız itdi, komandada zəifləmə oldu. Nəticədə qapımızda top gördük".

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Rasim Ramaldanov Azərbaycan Premyer Liqasının V turunda "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri səfər qarşılaşmasından sonra deyib.

Otuz üç yaşlı müdafiəçi hava şəraitinin onlara problem yaratdığını söyləyib. R.Ramaldanov eyni zamanda komandasının turnir cədvəlində irəliləyəcəyini iddia edib: "Çətin oyunun olacağını gözləyirdik. Külək də hər iki komandaya çətinlik yaratdı. Amma yenə də oyunçular sona qədər öz oyunlarını göstərdilər. İndi evə 1 xalla dönürük. Bu heyətlə daha yaxşısını bacara bilərik. Hər şey öz əlimizdədir. İlk "beşliy"ə düşəcəyik. Məncə, hətta ondan da yuxarı yer tutacağıq".

R.Ramaldanov son iki matçda 4 xal toplamalarını baş məşqçi dəyişikliyi ilə əlaqələndirməyib: "Son iki oyundakı uğurlu çıxışın səbəbi odur ki, komandada özünəinam artıb. Bu da öz oyunumuzu sərgiləməyə imkan verir. Bunu Sənan Qurbanovun istefası ilə əlaqələndirməzdim. Onun rəhbərliyi altında da "Sumqayıt"a qarşı eyni oyunu göstərmişdik. Amma qapımızda 2 qol görmüşdük. Düzdür, sonrakı iki matçda istədiyimiz alınmadı. Ancaq ardından futbolçularda inam yarandı".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031